204
Cəmiyyət 16 sentyabr — 17:51

Polis yerlisindən hədə-qorxu ilə pul alan şəxsi tutdu

İmişli Rayon Polis Şöbəsinə müraciət edən Otuziki kənd sakini Z.Uğurluyev sentyabrın 15-də hədə-qorxu gəlməklə ondan 8 000 manat pul tələb edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qızılkənd kənd sakini E.Əliyev Z.Uğurluyevdən 6 000 manat pulu alarkən saxlanılıb.

Araşdırma aparılır.

Xəbərlər