129
Cəmiyyət 16 sentyabr — 15:06

“Xaş-xaş 2020” əməliyyatı: Oğuzda 3 tondan artıq narkotik məhv edildi

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində rayonun Calut kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan virtualaz.org-a verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 2 550 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərlər