450
Cəmiyyət 15 avqust — 22:15

Neftçalada 49 yaşlı kişi intihar etdi

Bu gün axşam saatlarında Neftçala rayonunda intihar hdisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, rayonun Yeniqışlaq kənd sakini, 1971-ci ildə anadan olmuş Rahim Təvəkkül oğlu Qarayev özünü yaşadığı evdə asaraq intihar edib. Hələlik intiharın səbəbi bilinməsə də, R.Qarayevin ruhi xəstəlikdən əziyyət çəkdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər