195
Cəmiyyət 15 avqust — 22:43

Ağsuda minik maşını yandı

Ağsuda hərəkətdə olan avtomobil alovlanıb.

Hadisə bu gün günorta saatlarında Qaraqaşılı kəndində qeydə alınıb. Ağsu şəhər sakini Mirtağı Hüseynova məxsus 10 LA 384 dövlət qeydiyyat nişanlı, “Chrusler” markalı avtomobil hərəkətdə olarkən tüstülənib. Sonra avtomobilin mühərrik hissəsində yanğın başlayıb. Alov bir anda avtomobili bürüyüb. 15 dəqiqə davam edən yanğın nəticəsində avtomobilin ön hissəsi yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin briqadası cəlb olunub.

Yanğın söndürülüb.

Xəbərlər