227
Cəmiyyət 14 avqust — 22:34

Ağsuda “Chrysler” markalı minik avtomobil yandı

Ağsu rayonunun Qaraqaşlı kəndində “Chrysler” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a məlumat verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər