259
Cəmiyyət 13 avqust — 20:20

Nazirlik: Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi

Pandemiya ilə əlaqədar məhkumlarla görüş, həmçinin sovqat və banderolların ötürülməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə virtualaz.org-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinalar təşkil olunub: “Artıq müəssisələrin çoxunda yaradılmış bu şəraitə uyğun məhkum və həbs olunmuş şəxslərə qısa müddətli görüşlərin verilməsinə başlanılıb. Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib”.

Xəbərlər