244
Cəmiyyət 13 avqust — 21:12

Ağstafa və Salyanda "Ford" markalı avtomobil yandı

Ağstafa rayonunun Xətai kəndində "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyan rayonunda isə "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər