307
Cəmiyyət 12 avqust — 21:24

Bəzi küçə və prospektlərdə sıxlıq yarandı

Axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin çoxluğu müşahidə olunur. Bu səbəbdən yollarda sıxlıq yaranıb. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qeyd olunub ki, Ş.İ.Xətai prospekti-H.Əliyev prospekti istiqaməti, Tbilisi prospekti-hər iki istiqamət, M. Useynov-hər iki istiqamət, Z.Bünyadov-20 Yanvar dairəsi istiqaməti, Binəqədi şosesi-Binəqədi qəsəbəsi istiqaməti, Babək prospekti-H.Əliyev prospekti istiqaməti, K.Rəhimov küçəsi- Ş.İ.Xətai prospekti, A.Bakıxanov küçəsində sıxlıq müşahidə olunub.

Sıxlıq səbəbindən qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm və ekspres marşrutlar üzrə avtobusların intervalında gecikmələr var.

Virtualaz.org 

Xəbərlər