356
Cəmiyyət 12 avqust — 17:33

Zaqatalada evdə gizli nişan mərasimləri keçirənlər cərimələndi

Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 2 fərdi yaşayış evində karantin qaydalarının pozularaq, gizli nişan mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan virtualaz.org-a bildiriblər ki, həmin məlumat əsasında polis əməkdaşları şəhər sakini Firəngiz Məmmədovaya və rayonun Danaçı kənd sakini Rauf Əliyevə məxsus evlərə gəliblər. Həmin ünvanların hər birində 20-dən artıq şəxsin bir yerə toplaşaraq, karantin qaydalarını  pozduqları aşkar edilib.

Ev sahibləri və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət ediliblər. Onlara ölkədə elan edilən karantin rejiminin tələb və qaydaları izah olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.

Xəbərlər