168
Cəmiyyət 10 avqust — 00:25

Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olundu

Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-2, Bilgəh, Buzovna, Lökbatan və Goradil sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

Xəbərlər