185
Cəmiyyət 9 avqust — 01:05

Mingəçevirdə 3 ailənin yaşadığı evdə yanğın

Mingəçevir şəhərində ümumi sahəsi 250 m² olan bir dam altında tikilən 3 ailənin yaşadığı birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, içərisində 1 ədəd paltar dolabı və tavan 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata gör, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər