468
Cəmiyyət 8 avqust — 23:15

Siqaretə görə yol qəzası: 3 nəfər ağır yaralandı

Bakı-Şamaxı magistral avtomobil yolunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə magistral yolun 20-ci km-də qeydə alınıb. Belə ki, sürücü siqaret çəkmək üçün avtomobilini yolun kənarında park vəziyyətdə saxlayıb. Bu zaman arxadan gələn yük avtomobili minik avtomobilinə çırpılıb.

Hadisə zamanı 5 yaşlı Kərimov Yusif Rüfət oğlu, 1962-ci il təvəllüdlü Qarayeva Xuraman Atamoğlan qızı, 1983-cü il təvəllüdlü Acanov Vüsal Azad oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Müayinə zamanı Y. Kərimova qapalı kəllə-beyin travması, sol qamış sümüyünün yerdəyişən sınığı və təpə-ənsə nahiyəsinin cırılmış yarası, X. Qarayevaya qapalı kəllə-beyin travması və təpə-ənsə nahiyəsinin cırılmış yarası, V. Acanova isə qapalı kəllə-beyin travması, baş nahiyəsinin cırılmış yarası diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbərlər