221
Cəmiyyət 8 avqust — 00:52

Bakıda iki avtomobil toqquşdu

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 42-BM-191 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil sürət həddini aşaraq, arxadan 10-UN-264 dövlət nömrə nişanlı "Ford" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində sərnişinlərdən biri xəsarət alıb. Qəza yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub. (report)

Xəbərlər