298
Cəmiyyət 5 avqust — 11:17

Ukraynada koronavirusa yoluxmada yeni antirekord

Ukraynada son sutkada 1271 nəfər koronavirusa yoluxub, 24 nəfər isə dünyasını dəyişib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 75 min 490 nəfərə çatıb. Ən çox yoluxma Kiyev, Odessa və Lvov vilayətlərində qeydə alınıb.

Virusdan ölənlərin ümumi sayı 1788 nəfərdir, 40 mindən artıq xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada da karantin müddəti avqustun 31-dək uzadılıb.

Xəbərlər