432
Cəmiyyət 4 avqust — 11:20

Qazaxda ər arvadını öldürdü: prokurorluq cinayət işi başladı

Qazax Rayon Prokurorluğu rayon ərazisindəki qanlı hadisə barədə məlumat yayıb.

Prokurorluqdan virtualaz.org-a daxil olan məlumatda deyilir ki, avqustun 4-də saat 01 radələrində 1973-cü il təvəllüdlü Maral Osmanlının güllələnməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri Ayaz Osmanlının təmizlik işləri apararkən təklülə ov tüfəngini açmaq istəyərkən barmağının tətiyə toxunaraq atəş açılması nəticəsində qarşısında dayanan arvadı Maral Osmanlıya xəsarət yetirərək onu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

***10:43

Qazax rayonunda ər arvadını güllələyib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə avqustun 4-ü gecə saatlarında rayonun Qaymaqlı kəndində baş verib.

Kənd sakini, 1971-ci il təvəllüdlü Osmanlı Ayaz Kərəm oğlu ov tüfəngindən atəş açaraq arvadı, 1973-cü il təvəllüdlü Osmanlı Maral Baba qızını vurub.

Hadisə nəticəsində M. Osmanlı dünyasını dəyişib.

Xəbərlər