170
Cəmiyyət 2 avqust — 13:30

Ukraynada 1112 yeni yoluxma və 16 ölüm faktı

Ukraynada koronavirusa yoluxma halları artıb.

Virtualaz.org ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, son sutkada 1112 nəfər koronavirusa yoluxub, 16 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxma Kiyev, İvano-Frankovsk və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 72 min 168 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1725 nəfərdir, 39 min 543 xəstə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.

Xəbərlər