57
Cəmiyyət 15 iyul — 15:04

Rusiyada 6422 yeni yoluxma və 156 ölüm faktı

Ötən sutka ərzində Rusiyada 6 min 422 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Virtualaz.org bildirir ki, bu barədə koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, gün ərzində həm də 156 xəstə vəfat edib, 11 min 700 nəfər sağalaraq evə buraxılıb.

Rusiyada bütün dövr ərzində infeksiyaya yoluxanların ümumi sayı 746 min 369 nəfərə, sağalanların sayı 523 min 249 nəfərə çatıb, 11 min 770 pasiyent həyatını itirib.

Hazırda ölkədə 211 min 350 aktiv COVİD-19 xəstəsi var.

Rusiya yoluxma hallarının sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yeri tutur.

Xəbərlər