684
Cəmiyyət 13 iyul — 11:49

Daha bir şəhid hərbçimiz dəfn olundu

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan hərbçisi, çavuş Sadıqov Vüqar Lətif oğlu dəfn olunub.

Virtualaz.org-un məlumatına görə, V.Sadıqov doğulduğu Ağstafa rayonu, Yuxarı Göycəli kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, şəhid V.Sadıqov ailəli olub və 3 övladı var.

Xəbərlər