203
Cəmiyyət 12 iyul — 17:52

Qırğızıstanda 1656 tibb işçisində koronavirus aşkarlandı

Qırğızıstanda son sutka ərzində koronavirusa 719 yeni yoluxma qeydə alınıb.

Virtualaz.org bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildrilib ki, Qırğızıstanda virusa yoluxanların sayı 10 min 629 nəfərə çatıb. Onlardan 1656-sı tibb işçisidir.

Məlumatda o da qeyd olunub ki, hazırda stasionarda 670, ev karantinində 6440 xəstə var.

Xəbərlər