520
Cəmiyyət 11 iyul — 15:38

Bakıda daha iki həkim koronavirusa yoluxdu

Azərbaycanda daha iki həkim COVİD-19 infeksiyasına yoluxub.

Virtualaz.org xəbər verir ki, Kliniki Tibbi Mərkəzin ("Semaşko) reanimasiya şöbəsinin həkim-reanimotoloqu Kərəm Yaqubov koronavirus xəstələrinə baxarkən virusa yoluxub.

Həkim Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Xəbəri Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova təsdiqləyib. Bildirib ki, həkimin vəziyyəti ağırdır. O, neçə gündür müalicə alır: "Dualarımız onunladır".

Aprel döyüşlərində əsgər və zabitlərin həyatını xilas etmiş tibb xidməti mayoru Teymur Cəfərov da infeksiyaya yoluxub. Həkim həmkarları onun müalicəsinin nəzarətə götürülməsi üçün sosial şəbəkələrdən TƏBİB-ə müraciət ediblər.

Ü. Xudiyeva

Virtualaz.org

Xəbərlər