203
Cəmiyyət 11 iyul — 14:10

Rusiyada koronavirusdan daha 188 nəfər öldü

Rusiyada son sutka ərzində 6611 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 720 min 547 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, bu barədə koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, gün ərzində daha 188 nəfər koronavirusdan ölüb və pandemiya qurbanlarının ümumi sayı 11 mim 205 nəfər olub.

İndiyədək 497 min 446 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdədir.

Xəbərlər