413
Cəmiyyət 9 iyul — 13:42

Zaqatalada hovuzda istirahət edən şəxslər cərimələndi

Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir qrup şəxsin bir yerə toplaşaraq hovuzda istirahət etdiyini və karantin qaydalarını pozduqlarını müəyyən ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan virtualaz.org-a verilən məlumata görə, həmin şəxslər RPŞ-yə dəvət edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Onların hər biri ilə profilaktik söhbətlər aparılıb, karantin rejim qaydaları izah olunub və ciddi xəbərdarlıq edilib. Qaydaları pozanlar da etdikləri əməldən peşman olduqlarını səmimi etiraf ediblər.

Saxlanılan şəxslər, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə cərimələnib, 2 nəfər barəsində toplanmış material isə rayon məhkəməsinə göndərilib.

Xəbərlər