199
Cəmiyyət 4 iyul — 21:22

Türkiyədə fabrikdə partlayışa görə 3 nəfər saxlanıldı

Polis əməkdaşları Türkiyənin şimal-qərbindəki fişəng fabrikində baş vermiş partlayışla bağlı iş üzrə üç şübhəli şəxsi saxlayıb.

Virtualaz.org bildirir ki, hadisə ilə əlaqədar müəssisənin rəhbəri və daha iki nəfər saxlanılıb. Hazırda onlar müstəntiqlərə ifadə verirlər.

Qeyd edək ki, Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikində baş vermiş partlayış nəticəsində bir neçə nəfər ölüb, 110-dan çox insan xəsarət alıb.

Xəbərlər