421
Cəmiyyət 4 iyul — 17:30

Mebel ustası kimi icazə alıb Qubaya gedən Sumqayıt sakinləri tutuldular

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs saxlanılıb.

Bu barədə virtualaz.org-a DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazini icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verən sənəd vasitəsilə tərk edərək Qubaya gediblər və orada oğurluq hadisəsini törədiblər.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Xəbərlər