473
Cəmiyyət 3 iyul — 18:25

Həbib Nurməhəmmədovun atası koronavirusdan öldü

Dağıstanlı MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirus infeksiyasından dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, A.Nurməhəmmədov xeyli əvvəl koronavirusa yoluxmuşdu. Vəziyyətinin ağırlaşması ilə əlaqədar o, may ayında müalicə aldığı Mahaçqala xəstəxanasından birbaşa reyslə Moskvaya aparılmışdı. Lakin 57 yaşlı Abdulmanap Nurməhəmmədovun həyatını orada da xilas etmək mümkün olmayıb. O, müalicə aldığı xüsusi rejimli xəstəxanada dünyasını dəyişib.

Xəbərlər