140
Cəmiyyət 30 iyun — 13:56

Yol polisi karantini pozan daha 1674 nəfəri cərimələdi

Karantin rejimi qaydalarını pozan 1674 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə virtualaz.org-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 29.06.2020-ci il saat 00:00-dan 30.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1405 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 267 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1674 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xəbərlər