243
Cəmiyyət 29 iyun — 23:40

Rusiyada əhalinin siyahıyaalınması təxirə salındı

Rusiyada əhalinin siyahıyaalınması gələn il keçiriləcək.

TASS xəbər verir ki, bunu Rusiya Statistika Komitəsinin rəhbəri Pavel Malkov bildirib.

“Rusiya hökumətinin qərarına əsasən, əhalinin siyahıyaalınması aprelin 1-dən 30-dək keçiriləcək. Qərar tezliklə çap olunacaq”, - o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl bu kampaniyanın 2020-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulmuşdu, lakin koronavirus səbəbindən təxirə salındı.

Xəbərlər