206
Cəmiyyət 29 iyun — 17:41

İranda daha 162 nəfər pandemiyanın qurbanı oldu

İranda son sutka ərzində daha 2536 nəfər koronavirusa yoluxub, ölkədə ümumi yoluxma sayı 225 min 205-ə çatıb.

Virtualaz.org bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bir gündə virus daşıyıcısı olan daha 162 nəfər vəfat edib və indiyədək koronavirusdan ölənlərin sayı 10 670 nəfər olub.

186 180 xəstə isə sağalaraq evə buraxılıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 3037 nəfərin vəziyyəti ağır və ya orta-ağırdır.

Xəbərlər