164
Cəmiyyət 2 iyun — 01:10

Türkiyədə COVID-19 qurbanlarının sayı

Bu gün Türkiyədə daha 23 nəfər koronavirusdan ölüb.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 563 nəfərə çatıb.

Son 24 saat qonşu ölkədə təhlükəli virusa 827 yoluxma qeydə alınıb. Bununla da koronavirusa yoluxanların sayı 164 769 nəfərə çatıb.

Bu gün daha 974 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Beləliklə, koronavirusdan sağalanların ümumi sayı 128 947 nəfərə çatıb.

Xəbərlər