398
Cəmiyyət 1 iyun — 11:03

“Ekologiya postu” sökülür

“Ekologiya postu”nun söküntüsünə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, söküntü işləri bir həftə ərzində yekunlaşcaq:

"Hazırda orada müəyyən texniki vasitələrin köçürülməsi işləri gedir. Təxminən bir həftəyə əvvəlki binanın sökülməsi başa çatacaq və yeni bina fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Ekologiya postu”nun bu gündən söküntüsünə başlanılıb. Sökülən postun arxasında yeni bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək.

Xəbərlər