159
Cəmiyyət 31 may — 11:51

Gürcüstanda koronavirusa yoluxanların sayı 783 nəfərə çatdı

Gürcüstanda son sutka ərzində koronavirusa daha 26 yoluxma halı qeydə alınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından məlumat veriblər.

Bununla da qonşu ölkədə virusa yoluxanların sayı 783 nəfərə çatıb.

O da qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 3031 nəfər karantində saxlanılır, 262 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 605 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.

Xəbərlər