942
Cəmiyyət 30 may — 11:58

Dostu Vidadini küçənin ortasında tapança ilə güllələyib öldürdü, səbəbini isə “xatırlamır”...

İstanbulun Eyyubsultan rayonunda geyim atelyesində işçi kimi işləyən Azərbaycan vətəndaşı, 28 yaşlı Əli Əkbər N. onunla birlikdə işləyən 31 yaşlı dostu, digər Azərbaycan vətəndaşı Vidadi S.-i küçənin ortasında tapança ilə güllələyərək öldürüb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə martın 26-da yerli vaxtla 22.30 radələrində baş verib.

Rami Cuma məhəlləsi, Sedat Bora keçəsində baş vermiş hadisə zamanı Əli Əkbər N. yanında olan Vidadi S.-ə belindəki tapança ilə atəş açıb. Güllə yaraları alan Vidadi yerə yıxılıb və bu zaman onu güllələyən şəxs qaçaraq hadisə yerindən uzaqlaşmağa çalışıb. Lakin silah səsini eşidən polis əməkdaşı onun arxasınca qaçıb və tezliklə yaxalanıb.

Əli Əkbər N. aparıldığı polis məntəqəsində dindirmə zamanı Vidadi ilə bir yerdə işlədiklərini, həmin gecə birlikdə içki içdiklərini və daha sonra dalaşdıqlarını deyib. Bildirdiyinə görə, Vidadi onun dodağını partladıb və cavab olaraq belindəki silahını çəkərək atəş açıb. Lakin o, cinayətə səbəb olan davanın səbəbi haqda danışmayıb, “xatırlamıram” deyib. Məhkəməyə çıxarılan Əli Əkbər N. barəsində həbs qətimkan tədbiri seçildikdən sonra təcridxanaya göndərilib.

Virtualaz.org

Xəbərlər