374
Cəmiyyət 30 may — 00:54

Bakıda dava edən qonşuları ayırmaq istəyən şəxs bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi baş verib.

“Report” bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, dava edən qonşuları ayırmaq istəyən 1981-ci il təvəllüdlü Hafizov Fuad Mürsəl oğlu bıçaq zərbəsi alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ saidin arxa səthinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər