141
Cəmiyyət 29 may — 17:44

İranda koronavirusdan daha 50 nәfәr öldü

İranda son sutka ərzində daha 2819 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 146 668-ə çatıb.

Virtualaz.org bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb.

Onun sözlərinə görə, ölkədə koronavirus qurbanlarının sayı da 50 nəfər artaraq 7677-yə yüksəlib.

İndiyədək 114 931 xəstə sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2547 nəfərin vəziyyətinin ağır və ya orta-ağır olduğu bildirilir.

Xəbərlər