163
Cəmiyyət 28 may — 17:20

Sabahdan Türkiyədə məscidlər açılır

Mayın 29-dan Türkiyədə məscidlərdə Cümə namazının qılınmasına icazə veriləcək.

Virtualaz.org xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, Ankara, İstanbul və İzmirdə mayın 29-da Cümə namazına açıq olacaq məscidlərin siyahısı açqlanıb.

Qeyd edək ki, koronavirusla bağlı tətbiq edilən karantin tədbirləri nəticəsində Türkiyədə məscidlərdə toplaşmaq, o cümlədən Cümə namazının qılınması qadağan olunmuşdu.

Xəbərlər