177
Cəmiyyət 27 may — 00:30

Ukrayna çempionatı da bərpa olunur

Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko bu ölkədə koronavirus pandemiyasına görə dayandırılmış futbol mövsümünün tezliklə bərpa olunacağını bəyan edib.

O, Səhiyyə Nazirliyinin mayın 30-dan çempionatın davam etdirilməsinə icazə verdiyini bildirib:

“Böyük futbol Ukraynaya qayıdır! Elə indicə səhiyyə naziri Maksim Stepanovla danışdım. O, Ukrayna Premyer Liqasının və kubok oyunlarının mayın 30-dan davam etdirilməsinə razılıq verdildiyini təsdiqlədi. Çempionatın ən qısa müddətdə bərpa edilməsi üçün səy göstərən nazir, nazir müavini və baş sanitar Viktor Lyaşkoya təşəkkür edirəm. Futbol Assosiasiyasının İdarə Heyətinin üzvlərindən xahiş edirəm ki, çempionatın təqvimini təsdiqləsinlər”.

Qeyd edək ki, martdan bəri əksər Avropa ölkələrində olduğu kimi, Ukraynada da futbol dayandırılıb. Klublar bir müddət əvvəl məşqləri bərpa etsələr də, çempionatın nə vaxt bərpa olunacağı bilinmirdi.

Xəbərlər