408
Cəmiyyət 26 may — 17:42

Türkiyənin sabiq Baş Qərargah rəisi vəfat etdi

Türkiyənin keçmiş Baş Qərargah rəisi, general İsmail Hakkı Karadayı 88 yaşında vəfat edib.

Virtualaz.org bildirir ki, general İsmail Hakkı Karadayı yüksək hərarət və infeksiya səbəbilə xəstəxanaya yerləşdirilmişdi.

Məlumata görə, xərçəng diaqnozu qoyulan İ.H.Karadayı bir çox əməliyyatlar keçirib.

Qeyd edək ki, İsmail Hakkı Karadayı Türkiyənin 22-ci Baş Qərargah rəisi olub. O, 1994-cü ilin avqust ayından 1998-ci ilin eyni ayınadək bu vəzifəni icra edib.

Xəbərlər