423
Cəmiyyət 25 may — 23:54

Naxçıvan-Bakı təyyarə reysləri nə vaxt bərpa olunacaq?

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə əlaqədar məktubla müraciət edib.

Virtualaz.org bildirir ki, bu barədə Daimi Nümayəndəliyin rəsmi saytında (ndn.az) məlumat yerləşdirilib.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri 2020-ci il aprel ayının 5-dən dayandırılıb.

Xəbərlər