226
Cəmiyyət 25 may — 17:33

İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

28 May – Respublika Günü münasibətilə İstanbulun iki qitəsini birləşdirən “15 İyul Şəhidlər”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycanın İstanbuldaki Baş Konsulluğundan məlumat verilib.

Mayın 27-si və 28-i keçiriləcək tədbir Baş Konsulluğun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi, Quru Yolları Baş İdarəsi və İstanbul Valiliyinin dəstəyi ilə baş tutacaq.

Xəbərlər