147
Cəmiyyət 25 may — 16:31

İranda daha 2033 nəfər koronavirusa yoluxdu

İranda son sutka ərzində koronavirusa 2033 yeni yoluxma qeydə alınıb, 34 nəfər ölüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 137 min 724 nəfərdir, onlardan 2585-nin vəziyyəti ağırdır.

Son sutkada 1912 nəfər olmaqla, indiyədək 107 min 713 xəstə sağalıb. İranda pandemiya qurbanlarının ümumi sayı isə 7451 nəfərə çatıb.

Xəbərlər