229
Cəmiyyət 25 may — 14:22

Türkiyədə Ramazan bayramına planlaşdırılan teraktın qarşısı alındı

Türkiyənin Diyarbəkir bölgəsində Ramazan bayramı günlərində planlaşdırılan terror aktının qarşısı alınıb.

AzərTAc xəbər verir ki, terror aksiyasının qarşısı yerli polisin keçirdiyi antiterror əməliyyatı nəticəsində alınıb. Bildirilir ki, PKK terrorçularının istifadə edəcəkləri silah-sursat, o cümlədən qranat və əldədüzəltmə bombalar məzarlıqda aşkar edilib.

Faktla bağlı 6 nəfər saxlanılıb.

Xəbərlər