116
Cəmiyyət 24 may — 00:40

Türkiyədə pandemiya qurbanlarının sayı 4 300-ü ötdü

Son sutka ərzində Türkiyədə koronavirusdan daha 32 nəfər ölüb.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində məlumat paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 40178 şübhəli koronavirus testindən keçib, onlardan 1186-nın cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4308 nəfər ölüb, 155686 nəfər bu infeksiyaya yoluxub, 117602 nəfəri isə müalicə olunub.

Bu gün 1491 xəstə evə buraxılıb.

Xəbərlər