223
Cəmiyyət 23 may — 15:40

Lənkəranda evdə külli miqdarda tiryək aşkarlandı

Lənkəranda yaşayış evində külli miqdarda tiryək aşkarlanıb.

Virtualaz.org bildirir ki, məlumatı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupu yayıb.

Bildirilir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Mehman Əliyev saxlanılıb.

Onun özünün də iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı oradan 17 bükümdə ümumi çəkisi 614 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Xəbərlər