398
Cəmiyyət 9 aprel — 00:22

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə yoluxma artıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində koronavirusa yoluxma hallarının sayı 25-ə çatıb.

Bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, bu gün virusun təsdiqləndiyi şəxs Bolnisinin Savaneti kənd sakinidir: “Həmin şəxsin ilkin yoluxma mənbəyi hələ müəyyən edilməyib. Onunla təmasda olan 27 nəfər özünütəcriddədir”.

Qeyd edək ki, bu günə qədər bölgədə COVID-19 infeksiyasına 23 nəfər yoluxub, onların 1-i dünyasını dəyişib.

Xəbərlər