196
Cəmiyyət 5 aprel — 23:53

Türkiyədə koronavirus qurbanlarının sayı 574-ə çatdı

Türkiyədə son 24 saat ərzində 73 nəfər koronavirusdan həyatını itirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin Səhiyyə naziri Fahrettin Koca deyib.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 3135 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 574, yoluxanların sayı isə 27069 nəfərə çatıb.

Xəbərlər