197
Cəmiyyət 5 aprel — 18:26

Rusiyada koronavirusa yoluxanların sayı 5380-ni keçdi

Rusiyada son sutka ərzində koronavirusa daha 658 yoluxma halı qeydə alınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla ölkə ərazisində COVİD-19 virusuna yoluxanların sayı 5389 nəfərə çatıb.

Göstərilən müddətdə 2 nəfərin öldüyü bildirilir. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 45-ə çatıb.

Paytaxt Moskvaya gəlincə, orada son sutka ərzində 536 nəfər koronavirusa yoluxub.

Bununla da paytaxtda virusa yoluxanların sayı 3893 nəfərə çatıb. Yeni faktlar virusa yoluxmuş şəxslərlə təmas nəticəsində və iş yerlərində qeydə alınıb.

Xatırladaq ki, ötən günün statistikasına görə, Moskvada koronavirusa yoluxanların sayı 3357 nəfər idi.

Xəbərlər