443
Cəmiyyət 31 mart — 00:40

Ərdoğan 7 aylıq maaşını koronavirusla mübarizə fonduna bağışladı

Türkiyədə koronavirusla mübarizəyə dəstək məqsədilə “Biz bizə yetərik, Türkiyəm!” şüarı ilə milli həmrəylik kampaniyasına start verilib.

Virtualaz.org bildirir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun Tarabya meydanındakı Huber köşkündə nazirlərlə keçirilən videokonfransdan sonra verdiyi açıqlamada deyib.

O, kampaniyanı açıq elan edərək 7 aylıq maaşını yardım fonduna ayırdığını deyib.

Nazirlər və deputatlar da kampaniyaya qoşularaq ianə ediblər.

Ərdoğan bəyan edib ki, kampaniyanın keçirilməsində əsas məqsəd çətin vəziyyətdə qalan vətəndaşlara yardım etməkdir. Türkiyə Prezidentinin sözlərinə görə, ölkənin hər bir bölgəsində ehtiyacı olan insanlar müəyyən ediləcək və yığılan vəsaitlər onlar üçün xərclənəcək.

Xatırladaq ki, ölkədə hər gün on min nəfər koronavirus testindən keçirilir, 39 yaşayış məntəqəsi karantinə alınıb.

Hazırda ölkənin 41 şəhərində yerləşən tələbə yataqxanalarında 21 min 500 vətəndaş karantindədir.

Xəbərlər