350
Cəmiyyət 30 mart — 16:44

Səhiyyə Nazirliyi: Aptek spirtini içmək olmaz!

Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədi ilə istifadə olunması tövsiyə olunur.

Virtualaz.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin vətəndaşlara müraciətində bildirilib.

Qeyd olunub ki, adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.

Mərkəz əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.

Xəbərlər