365
Cəmiyyət 30 mart — 12:36

Özünü "İlya" kimi təqdim edən azərbaycanlı Peterburqda qadını aldatdı, 230 min rubl pulunu apardı

Peterburqda dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Həmin şəxsin etibardan sui-istifadə yolu ilə 230 min rubl məbləğində pulu ələ keçirdiyi bildirilir.

Məlumata görə, Krasnoselski rayon sakini olan 40 yaşlı qadın hüquq-mühafizə orqanlarına müraciət edib. O, qardaşının şirkətə olan borcunu ödəmək qərarına gəlib. Və bu məqsədlə 230 min rublu “İlya” adlı şəxsə verib.

Qadının “İlya” ilə iki həftə öncə internetdə tanış olduğu məlum olub. O, sonradan qardaşından borcun ödənilmədiyini öyrənib.

Nəhayət, polis əməkdaşları 26 yaşlı azərbaycanlını saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb.

İ.Rafiqqızı

Virtualaz.org

Xəbərlər