313
Cəmiyyət 30 mart — 18:00

Ukraynada koronavirusa yoluxanların 22 faizi uşaqlar və gənclərdir

Ukraynada koronavirusa yoluxanların sayı 475 nəfərə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Koronavirusa tutulan 6 nəfər müalicə olunaraq evə buraxılıb. 2264 nəfər koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Ukraynanın 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan ölənlərin sayı isə 10 nəfərə çatıb.

Daha bir maraqlı məqam. Məlumata görə, Ukraynada COVID-19 daşıyıcılarının ən azı 22%-i yaşı 0-30 arası olan insanlardır.

Xəbərlər